top of page

TƏHLÜKƏ! Virus daşıyıcısı olan şəxs bu xidmətdən istifadə edibsə, sizi də yoluxdura bilər - VİDEO

Xuraman Həmidova

Həkim-infeksionist Sədrəddin Atakişizadə deyib ki, virus daşıyıcısı olan şəxs həmin xidmətdən istifadə edibsə, başqasına yoluxdura bilər. Odur ki, ödəmə terminalları hər gün dezinfeksiya olunmalıdır.

DİQQƏT.info xəbər verir ki, o, son günlər istər paytaxt, istərsə də bölgələrdə yaşayış yerini tərk edən koronavirus xəstələrindən də danışıb. Bildirib ki, ev şəraitində müalicə alan koronavirus xəstələrinin evdən çıxması minlərlə insanın virusa yoluxması deməkdir.

Sədrəddin Atakişizadə onu da bildirib ki, bəzən vətəndaşlar tərəfindən həkim təyinatı olmadan dərmanlar alınaraq istifadə edilir. Onun sözlərinə görə, hər bir xəstəyə fərdi olaraq həkim yanaşmalı, diaqnostikası dəqiqləşdirilməli, digər xəstəlikləri araşdırılmalı, ondan sonra müalicə təyin olunmalıdır. Ümumi müalicə prinsipi ilə virusdan müalicə insanlarda ağırlaşmaya gətirib çıxara bilər.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:



31 views0 comments

Recent Posts

See All

Kommentit


bottom of page