top of page

“Təcili yardım gələnə qədər oğlum canını tapşırdı” - Nazpəri Dostəliyeva

  • Xuraman Həmidova
  • Mar 22, 2021
  • 1 min read

“Oğlum valideynlərimlə qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.

DİQQƏT.info xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün anidən baş verdiyini bildirib: “Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış”, - deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət etsin!

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page