top of page
Xuraman Həmidova

Türkiyədən Xankəndi ilə bağlı MESAJ - Hər an müdaxilə edə bilər


Dünən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bir günlük Azərbaycana səfərə gəlmişdi. Səfər çərçivəsində H.Akar Azərbaycan Prezidenti İlham Əliyev və Müdafiə naziri Zakir Həsənovla görüşüb.

DİQQƏT.info redaktor.az-a istinadən xəbər verir ki, politoloq Əhəd Məmmədli H.Akarın Azərbaycana gözlənilməz səfərində bir neçə mesajın olduğunu bildirib:

Birincisi, H.Akarın səfəri son günlər Xankəndi və Hadrutda yaşanan təxribatlarda Türkiyənin Azərbaycanın yanında olduğunu və har an müdaxilə edə biləcəyini göstərir.

İkincisi, H.Akarın Qarabağda atəşkəsə nəzarət üçün Ağdam rayonunda yerləşəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək türkiyəli hərbçilərlə görüşməsi, Türkiyənin vəziyyətə nəzarət etdiyi mesajını verir.

Üçüncüsü, səfər həm Ermənistana, həm də Ruisyaya bir mesaj idi ki, əgər ermənilərin təxribatları davam etsə,Türkiyə məsələni kökündən həll etməyə hazırdır. Bunlar çox ciddi mesajlardır”.

266 views0 comments

Recent Posts

See All

Comments


bottom of page