Türkiyə vitse-prezidenti F.Oktayın tribunada halı pisləşdi, ambulans çağırıldı - ANBAAN VİDEO
- Xuraman Həmidova
- Dec 21, 2020
- 1 min read

Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb.
DİQQƏT.info xəbər verir ki, o, dekabrın 21-də “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirə qatılıb.
Tədbirdə çıxışı zamanı halı pisləşən vitse-prezident nitqinə davam etmək istəsə də, bu, mümkün olmayıb.
Mühafizəçilərin F.Oktayı tribunadan düşürüblər və onun üçün təcili tibbi yardım çağırılıb.
Vitse-prezidentin durumu ilə bağlı əlavə məlumat verilməyib.
Comments