Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.
"DİQQƏT" bu məsələ ilə bağlı dünən material yaymışdı və müsahibə sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olmuşdu.
O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.
Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook səhifəsində bu sözləri yazıb:
“Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.
Rasim Musabəyovun “MediaPost”a açıqlamasına görə, deyilən tənqidlərə belə münasibət bildirib:
“Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”.
Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir.
Həmin müsahibəni təkrar təqdim edirik:
Comments