top of page
Xuraman Həmidova

Türkiyə gəmisinə HÜCUM EDİLDİ: Azərbaycanlı mühəndis öldürüldü, 15 nəfər girov götürüldü


Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən Türkiyə şirkətinə məxsus gəmiyə dəniz quldurları hücum edib.

DİQQƏT.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

İlkin məlumatlara görə, “Boden” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəminin 19 nəfər heyət üzvündən 15-i zorla aparılıb. Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinatlar əsasında hərəkət etdiyini bildirib.

Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur./mətbuat.az

106 views0 comments

Recent Posts

See All

Comments


bottom of page