top of page
Xuraman Həmidova

Türkiyə gəmisində axtarış diplomatik qalmaqal yaratdı, 3 ölkəyə nota verildi


Türkiyə Xarici İşlər Nazirliyi Almaniya, İtaliya və Avropa İttifaqına nota verib.

"DİQQƏT" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Bildirilib ki, Avropa İttifaqının, İtaliyanın Ankaradakı səfiri və Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili (Almaniyanın Türkiyədəki səfiri Ankaradan kənarda olduğu üçün) Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal tərəfindən XİN-ə çağırılıb:

“Türkiyənin açıq icazəsi olmadan bizə məxsus “Roseline A” ticarət gəmisinə “İrini əməliyyatı” çərçivəsində minib axtarış aparılması hadisəsinə etiraz edildi. Bununla bağlı əlaqədar ölkələrə nota verildi. Notada hadisənin beynəlxalq hüquqa zidd olduğu və təzminat hüquqlarımızın da qorunduğu qeyd edildi”.

Qeyd edək ki, dünən Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus “Hamburq” gəmisinin hərbi heyəti beynəlxalq dəniz qanunlarına zidd olaraq axtarış aparıb.

34 views0 comments

Recent Posts

See All

Comments


bottom of page