top of page

Türk ordusu hərəkətə keçdi – PKK terror təşkilatına ağır zərbə

  • Xuraman Həmidova
  • Nov 12, 2020
  • 1 min read

Türkiyənin Tuncəli vilayətində PKK terror təşkilatının mövqelərinə qarşı əməliyyat keçirilib.

"DİQQƏT" xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Qırmızı siyahı”da adı olan terrorçulara ağır zərbə endirildi. PKK-nın Tuncəli üzrə lideri “Yılmaz” ləqəbli İsmayıl Sürgəç Ahpanos vadisində keçirilən əməliyyat zamanı zərərsizləşdirilib”, - nazir qeyd edib.

Əməliyyatların Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olunduğu bildirilib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page