top of page
Xuraman Həmidova

Tsarukyan: “Uçurumdayıq, belə getsə, Ermənistanı Azərbaycana təhvil verəcəyik”



“Tavuşda, Vardenisdə, Sünikdə istənilən an biz türklərlə burun-buruna çıxa bilərik”


“Mən bilmirəm bu gün Ermənistanda nə baş verir. Əgər hakimiyyətsizlikdirsə, Paşinyan niyə hələ də postunu tərk eləmir, hakimiyyət varsa, azərbaycanlılar sərbəst şəkildə sərhədlərimizi necə keçib ölkəmizə gəlirlər. Artıq balaca uşaq da bilir ki, Tavuşda, Vardenisdə, Sünikdə istənilən an biz türklərlə burun-buruna çıxa bilərik”.

DİQQƏT.info xəbər verir ki, bunu müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Gagik Tsarukyan söyləyib. O, erməni kanallarına verdiyi müsahibədə bildirib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə, “ölkə Qarabağın taleyini yaşaya bilər”.

“Bu günlərdə vəziyyət çətindir, təhlükəlidir, uçurumdayıq. Beş-altı aydır Qarabağın uçurumun kənarında olduğunu söyləyirəm və Ermənistan haqqında da eyni şeyi deyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır – hökumət getməlidir”, – deyə Tsarukyan bildirib.

Bundan başqa bütün erməni mediasında bir müddətdir ki, azərbaycanlıların Ermənistan ərazisində görünmələri haqqında müxtəlif səpkidə xəbərlər dolaşmaqdadır. Erməni saytları (News.am, Sputnik Armenia) demək olar ki, gün aşırı azərbaycan əsgərlərinin “Ermənistan ərazilərində” göründüyü barədə məlumatlar yayır.

Verilən məlumatların isə nə dərəcədə doğruları əks etdirdiyi bilinmir. Erməni mətbuatı Azərbaycan silahlı qüvvələrinin gah Xankəndidə mağazadan alver etdikləri, gah da Əsgəranda görürlər. Azərbaycanlıların Ermənistanın Berdevan, Vardenis ərazilərində də göründüyü barədə məlumatlar yayılır.

Qarabağ savaşında Qələbəmizdən sonra artıq ermənilərin yuxusu ərşə çəkilib, onlar hər yerdə Azərbaycan əsgərini gördüklərini deyirlər. Təbii ki, bunun bir başında erməni hiyləgərliyi və təxribatı dayanmamış deyil. Bununla onlar özlərinin təhlükədə olduğunu, Azərbaycanın hər an onlara hücüm edə bilmək ehtimalını yaratmaq istəyirlər./Gününsəsi.orq


76 views0 comments

Recent Posts

See All

Comments


bottom of page