top of page

Tovuzun qalmaqallı polis rəisinin yerinə TƏYİNAT

  • Xuraman Həmidova
  • Feb 3, 2021
  • 1 min read

ree

Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.

Nazir Vilayət Eyvazovun əmri ilə Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə H.Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Tovuz RPŞ rəisi Şirzad Əsgərov təqaüdə göndərilib.


Ş.Əsgərov 2019-cu ilin noyabr ayında itkin düşən və ölkə gündəmini zəbt edən 10 yaşlı Nərmin Quliyevanın 45 gün ərzində tapılmamasına görə medianın gündəminə gəlmiş və ictimaiyyətin tənqid hədəfi olmuşdu.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page