top of page

Terrorçu Köçəryanın arvadı ad gününü Xankəndindəki evində keçirdi - İcazəni kim verib? Ruslar..?

  • Xuraman Həmidova
  • Feb 1, 2021
  • 1 min read

Qəsbkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın arvadı Bella Köçəryan da Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya hərbçilərinin icazəsi ilə Azərbaycanın dövlət sərhədini pozaraq Qarabağa gəlib.

DİQQƏT.info xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumatdan belə çıxır. Xəbərdən B.Köçəryanın yanvarın 31-də doğum gününü Xankəndindəki evlərində qeyd etdiyi bəlli olur.

“Çoxsaylı təbrik və arzulara görə minnətdaram. İndi Artsaxdayam: qohumların və dostların əhatəsində... Stepanakertdəki evimizdə.... Bu gün həyəcansız, ağrını gizlətmədən danışmaq çətindir... Ancaq şəhərimiz yaşayır və yaşamalıdır” - deyə Xocalı qatilinin arvadı “Facebook” səhifəsində yazıb...


B.Köçəryan Xankəndi küçələrində erməni əsgərlərinin göründüyü belə bir foto da paylaşıb...


P.S. Xəbərin dezinformasiya olub-olmadığını Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya sülhməramlıları(!) yaxşı bilər.../Moderator.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page