top of page

Televiziya rəhbərinin şikayəti: "Marketdə xarab malla adamları aldatmaqla məşğuldurlar"- VİDEO

  • Xuraman Həmidova
  • Mar 12, 2021
  • 1 min read

"Qafqaz” televiziya kanalının rəhbəri Eltən Qədimbəyli “Rahat” marketlər şəbəkəsinə daxil olan mağazalardan birindən “İsmayıllı qatığı” alıb.

DİQQƏT.info xəbər verir ki, məhsulu evə gətirib istifadə etmək istəyərkən, istehlakçı qatığın kif bağladığını görüb: “Bu da bizim “moloçnik”in məhsulu, adamları aldatmaqla məşğuldurlar. Üzərindəki kənd görünüşlü kağızı da qoyublar ki, qatığın kifi görünməsin”.


Eltən Qədimbəyli market rəhbərlərinə səslənərək niyə belə məhsulları insanlara satdıqlarına dair sual da ünvanlayıb: “Mən yenidən benzin istifadə etməliyəm, marketə getməliyəm ki, niyə saxta mal satdıqlarını və vaxtımı aldıqlarını soruşum?”./konkret.az




댓글


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page