top of page
Xuraman Həmidova

Sələmçi Cəlilabad sakini QƏTLƏ YETİRİLDİ: Maşını Salyanda, meyiti Sabirabadda tapıldı


Cəlilabad rayon sakini qətlə yetirilib.

DİQQƏT.info Report-a istinadən xəbər verir ki, qətlə yetirilən Əflatun Abdullayevin avtomobili Salyan rayonu ərazisində, meyiti isə Sabirabad rayonundakı kanalda aşkar edilib.

Məlumata görə, qətlə yetirilən şəxs Cəlilabad rayonu Fərzili kənd sakinidir və sələmə pul verməklə məşğul imiş.

O, aprelin 18-də itkin düşüb, həmin gündən də axtarılırmış.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

37 views0 comments

Recent Posts

See All

Comments


bottom of page