top of page

Səhiyyə naziri Oqtay Şirəliyevə vaksin vuruldu - VİDEO

  • Xuraman Həmidova
  • Jan 18, 2021
  • 1 min read

Səhiyyə naziri Oqtay Şirəliyev yeni növ koronavirusa qarşı peyvənd olunub. DİQQƏT.info Modern.az-a istinadən xəbər verir ki, nazirə Bakı Sağlamlıq Mərkəzində vaksin vurulub. Onunla yanaşı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevə də COVID-19-a vaksin vurulub. Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir. Peyvəndləmə aşağıdakı ardıcıllıqla aparılacaq: 1-ci mərhələdə - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; 2-ci mərhələdə - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar); -50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər; -Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi; -Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page