"Ermənistanın yenidən ayağa qalxması üçün birinci növbədə xarici siyasətimizə yenidən baxmalıyıq”.
DİQQƏT.info xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan özünün facebook səhifəsində yazıb. O əlavə edib ki, “Xarici siyasətimiz yeni dövrdə praqmatik olmalıdır. Və aşağıdakı prinsiplər, qaydalar və prioritetlər tətbiq olunmalıdır:
1. Siyasətin əsası Ermənistanın maraqları.
2. Strateji müttəfiqimizin maraqları (xoşbəxtlikdən beynəlxalq məsələlərdə maraqlarımız və mövqelərimiz üst-üstə düşür).
3. Bizim üçün strateji əhəmiyyətli paytaxtlarla münasibətlər: Tbilisi, Tehran, Vaşinqton, Pekin, Brüssel (AB), Paris.
4. Maksimum dostlar, minimum düşmənlər. Əlaqələr qura biləcəyimiz paytaxtlarla işləməliyik. Məsələn, Əl-Riyad, İslamabad. Dost ola bilməsək, eyni mövqeyi sona qədər qorumağa çalışmalıyıq.
5. Bəzi vacib bölgələr üçün aydın bir strategiyaya əməl edilməlidir. Məsələn, Orta Şərqlə bağlı.
6. Praqmatik və prinsipial xarici siyasət və çevik diplomatiya. Onlar bir-birinə zidd deyil.
7. Bütün xarici siyasət alətlərindən istifadə etməliyik. Diaspor, lobbi, kilsə və s.
8. Həmişə dünyadan nə istədiyimizi bilməliyik. Məsələn, bunu indi bilmirik.
9. Bölgəmizdəki hər kəsin rəqabət apardığını düşünməliyik. Burda iki seçimimiz var: Ya ayaqlarının altına dolaşmalıyıq, ya da bu rəqabətdən faydalanmalıyıq.
Və ən vacib şey! Həmişə bilməliyik ki, heç kim sizə kömək etmək və ya dəstəkləmək məcburiyyətində deyil”.
Qeyd: Göründüyü kimi bu erməni gədəsi yenə də Qaregin Njde kimi danışır. Türk dünyası bir tərəfə, öz ağaları olan Rusiyaya təpik atır. Bu,bizim üçün adi haldır. Amma Moskvada oturanlar erməni riyakarlığı barədə düşünsələr, pis olmaz. Ən azı özləri üçün./konkret
Comentários