top of page
Xuraman Həmidova

Sumqayıt Şəhidlər Xiyabanında xoşagəlməz hadisə: BAŞ DAŞI RƏZALƏTİ – FOTO


Ölkəmizin hər bir rayon və şəhərində olduğu kimi Şəhidlər Xiyabanı yerli sakinlərin və qonaqların tez-tez ziyarət etdiyi və daim xüsusi ehtiramla yanaşdığı bir məkandır.

DIQQƏT.info xəbər verir ki, nocomment.az-a oxuculardan biri bu günlərdə Sumqayıt şəhər Şəhidlər Xiyabanında müşahidə etdiyi xoşagəlməz bir mənzərə barədə məlumat verib.


1992-94-cü illərdə 1-ci Qarabağ müharibəsi zamanı həyatlarını fəda etmiş iki şəhid məzarının baş daşı üzərində olan adların sonradan düzəliş edilərək yazılması nəticədə heç də şəhid məzarına yaraşmayan hal müşahidə olunur.

Belə ki, 1992-ci ildə şəhid olmuş Kərimov İsgəndər Hamlet oğlu və 1994-cü ildə şəhidlik zirvəsinə yüksəlmiş Adıyev Zakir Allahyar oğlunun ad, soyad və ata adlarının sonradan redaktəsi zamanı hər iki şəhidin baş daşında heç də xoş olmayan mənzərə yaranıb. Hansı ki, bu düzəlişlər zamanı yaranmış qüsuru aradan qaldırmaq üçün şəhidlərin baş daşlarını dəyişmək ən doğru addım olardı.

Sumqayıtın Şəhidlər Xiyabanında 500-ə yaxın vətən oğlu uyuyur ki, hər bir məzar və baş daşlarının xərci və icrası Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qarşılanır. Məzar daşları Ukraynadan gətirilir və burada düzəldilir.

Əminik ki, şəhər İcra Hakimiyyətinin bu işi həvalə etdiyi qurum rəhbəri məsuliyyətsizliyinə və diqqətsizliyinə görə lazimi cəzanı alacaq və ən qısa müddətdə şəhid adına yaraşmayan bu qüsur aradan qaldırılacaq.

Sumqayıt şəhər İcra başçısı Zakir Fərəcovun şəhidlərimizə və onların doğmalarına olan həssas münasibətini bilərək qeyd olunanların müsbət həllini tapacağına ümid edirik.





363 views0 comments

Recent Posts

See All

留言


bottom of page