top of page

Ermənistanda ara qarışdı - Matəm yürüşündə qan düşdü / VİDEO

  • Xuraman Həmidova
  • Dec 20, 2020
  • 1 min read

Ermənistanın paytaxtı Yerevanın "Yerablur" hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub.

DİQQƏT.info bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Kütləvi davanın Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə panteona baş çəkən vətəndaşlar arasında baş verdiyi bildirilir.

“Hraparak.am”da yerləşdirilən videomaterialda dava iştirakçıları arasında Nikol Paşinyanın müşaviri Robert Qukasyanın da yer aldığı əks olunub.

Bu zaman narazılarla baş nazirin tərəfdarları arasında toqquşmalar olub. Polis əməkdaşları müharibə iştirakçılarını, ölən hərbçilərin yaxınlarını və Paşinyana qarşı etiraz edən başqa vətəndaşları sıxışdırıblar.



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page