top of page

Azərbaycanın bu ərazisi geri qaytarılır - 66 il sonra

Xuraman Həmidova

Zəngəzur istiqamətində dövlət sərhədinin yenidən çəkilməsi nəticəsində Qubadlının Şahverdilər kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüb. DİQQƏT.info Publika.az-a istinadla xəbər verir ki, Azərbaycan hərbçiləri hazırda bölgədə sərhədin müəyyənləşdirilməsi işini həyata keçirirlər. “News.am” saytı yazır ki, sərhədin müəyyənləşdirilməsi zamanı ermənilərdən birinin evi də Azərbaycan ərazisinə düşüb. Vorotan (Şahverdilər) qəsəbəsinin icma rəhbəri Surik Ohancanyan Azərbaycan hərbçilərinin evi boşaltmaq haqqında xəbərdarlıq etdiyini deyir. “Azərbaycanlılar GPS ilə sərhədləri müəyyənləşdirməyə davam edir. Evlərdən biri Azərbaycan ərazisinə düşüb. Dedilər ki, “bu bizim ərazimizdir”, biz razılaşmadıq. Hazırda Rusiya sərhəd xidmətinin rəisi məsələni yuxarılarla müzakirə edir, yalnız bundan sonra bəlli olacaq”, – Ohancanyan deyib. Qeyd edək ki, Bərgüşad çayı üzərində yerləşən Şahverdilər kəndi 1954-cü ildə SSRİ dövründə Ermənistana verilib.

840 views0 comments

Recent Posts

See All

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page