top of page
Xuraman Həmidova

"Siyavuş Novruzovu pəltək dilindən asmaq lazımdır" - Hafiz Hacıyev


Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər” fikri müzakirələrə və etiraza səbəb olub.

DİQQƏT.info-nun məlumatına görə Siyavuş Novruzovun tələbələrlə bağlı səsləndirdiyi fikirləri Konkret.az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Ramiz Mehdiyevin təyin etdiyi deputat başqa söz deyə bilməzdi: “Onların məqsədi Azərbaycan xalqını və gəncini dövlətin üzərinə qaldırmaqdır.

Ölkənin aparıcı partiyanın ikinci və üçüncü simaları bu cür açıqlamalar verməsin. Onların hamısı qisas ruhunda tərbiyə almış insanlardır. İllərdir dövlətin və xalqın pulunu talan edərək özünə mal-mülk yığmış insanlardır. Ona görə də bu gün də xalqla məzələnirlər. Düşünürəm ki, cənab Prezident hər şeyi yaxşı görür və ona görə də onları yaxınına buraxmır. Siyavuş Novruzovun o cür danışması yolverilməz haldır.

Azərbaycan cəmiyyətinin həssas olduğunu və bu gün hər şeyə ciddi reaksiya verdiyini bilirlər. Xalqın hissi ilə oynayıb, qıcıqlandırırlar. Siyavuş Novruzovun tələbələrə dərsdən sonra təkər silmələrini, işləməli olduğunu söyləməsi təhqirdən başqa bir şey deyil. Düşünürəm ki, bu cür parlament və deputatlarla əldə etdiyimiz qələbələri rəsmiləşdirmək mümkün deyil. Onlar Azərbaycanda sabitliyi və inkişafı istəmirlər”.

Partiya sədri bildirib ki, komitə rəhbəri kimi Siyavuş Novruzov özünü lotu kimi aparır: “Gülə-gülə və xalqla məzələnərək açıqlamalar verirlər. Azərbaycan tələbələri böyük kontingentdir. Siyavuş Novruzovu tələbələrlə bağlı dediyi sözə görə pəltək dilindən asmaq lazımdır. Çünki Azərbaycan tələbələrini bu cür təhqir etmək olmaz. Cənab Prezidentin bu gün tələbələrimizə necə dəyər verdiyini hər birimiz yaxşı bilirik. Bu açıqlama dövlət rəhbərinə olunan xəyanətdir. Onlar bu cür açıqlamalarla insanları qıcıqlandırırlar. Siyavuş Novruzova ar olsun. Siyavuş Novruzov tələbələr barədə o cür açıqlama verdiyi üçün onlardan üzr istəməlidir. Tələbələr və gənclər bizim fəxrimizdir.

44 günlük Vətən müharibəsində vuruşanlar gənclərimiz oldu. Heç bir nazirin, deputatın yaxını nə gedib döyüşdü, nə də şəhid və qazi oldu. Bu baxımdan tələbələrin bu cür ələ salınması yolverilməzdir. Azərbaycan gəncliyinin dövlətin üzərinə qaldırılmasının simptomlarını görürük. Bu toyda qol qaldırıb-oynayan 5-ci kolonun orada cızdığı plandır. Orada tək toy keçirilmirdi. Həm də görüləcək işlərin planı cızılırdı. Düşünürəm ki, məsələ ciddiləşir. 5-ci kolonun üzvləri olan bu cür xəyanətkarlar düşünürəm ki, cəzasız qalmayacaq.

Təcili parlament buraxılmalıdır. Siyavuş Novruzovun bu fikri yersiz və tələbələri ələ salmaqdır. Düşünürəm ki, o, YAP-dakı vəzifədən çıxarılmasının heyfini bu cür çıxır. Onun bu açıqlaması ilə bağlı dövlət tərəfindən ciddi reaksiya verilməlidir”.

116 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page