“Bu müharibədə bir çox simvolik təsadüflər var”.
DİQQƏT.info Virtualaz.a istinadən bildirir ki, bunu "Tək Ermənistan" partiyasının sədri Artur Kazinyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Azərbaycanın Dövlət Bayrağı Günü Şuşa şəhəri azad edilib, Monte Melkonyanın doğum günündə isə Kəlbəcər təhvil verilib.
"Əminəm ki, əvvəlcədən planlaşdırılmış bir çox başqa simvolik təhqirlər də var ki, Paşinyan onlarla səssizcə razılaşıb və tabe olub", - deyə Artur Kazinyan yazıb.
O, həmçinin simvolik alçaldılmanın digər bir nümunəsini təqdim edib. Onun sözlərinə görə, Bakıda Qələbə paradı dekabrın 10-da keçirilib, Qarabağ separatçıları isə "müstəqilliklərini" 1991-ci ildə məhz həmin gün elan ediblər.
Comments