Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi qaldırılan və İnterpol xətti ilə axtarışa verilən Qarabağ terrorçularının başçısı Araik Arutyunyan özünə yeni “mətbuat katibi” təyin edib.
DİQQƏT.info bildirir ki, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Arutyunyanın “sərəncamı” ilə bu vəzifə Lusine Avanesyana həvalə olunub.
Xocavənddə doğulan L.Avanesyan Xankəndi şəhərində yayımlanan “ictimai televiziya”da “Üz-üzə” siyasi tok-şousunun aparıcısı olub.
Son günlər Qarabağ terrorçularının başında da “təhlükəsizlik şurasının katibi” kimi dayanan Vitali Balasanyan da sərsəm çıxışlar edir, Xankəndi şəhərində heç zaman Azərbaycan bayrağının dalğalanmayacağı barədə iddialar səsləndirir.
Belə görünür ki, Arutyunyan və Balasanyankimilərin həyasızlıqları davam edəcək, dəmir barmaqlıqlar arasına atılmayınca, yaxud başlarına “Dəmir yumruq” dəyməyincə...
Comments