top of page
Xuraman Həmidova

Separatçı rejimin terrorçu rəhbərinin ailəsi də Xankəndinə qaytarıldı... - FOTO


Azərbaycanın hələ də bir hissəsi işğal altında qalan Qarabağ torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin üzdəniraq rəhbəri Araik Arutyunyanın ailəsi də Xankəndinə qayıdıb.

"DİQQƏT" xəbər verir ki, bu haqda o, özünün “Facebook” səhifəsində paylaşım edib. Barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət işi qaldırdığı və beynəlxalq axtarışa verilmiş A.Arutyunyan bütün dövlət məmurlarına da müraciət edərək ailələrini “vətənləri”nə qaytarmağa çağırıb.

Qeyd edək ki, separatçı rəhbərin 3 qızı var.

Xatırladaq ki, Rusiya sülhməramlıları noyabrın 14-dən bəri Xankəndinə 1700-dən çox erməninin qaytarılmasını təmin edib.

89 views0 comments

Recent Posts

See All

Comments


bottom of page