top of page

Sarkisyanın müsahibə verdiyi kanalın rəhbəri saxlanıldı

  • Xuraman Həmidova
  • Feb 20, 2021
  • 1 min read

Politoloq Karen Bekaryan, Ermənistan parlemantinin keçmiş aparat rəhbəti Ara Saqatelyan və politoloq Anjela Əlibəyova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİQQƏT.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Əlibəyova bir müddət sonra sərbəst buraxılıb və jurnalistlərə açıqlamasında deyib ki, iş kompüteri və telefonunu götürüblər.

Qeyd edək ki, saxlanılan hər 3 şəxs keçmiş prezident Serj Sarkisyanın adamlarıdır. Karen Bekaryan müxalifyönlü “Armnyus” kanalının sahibidir. Kanalın qeyri-rəsmi sahibi isə Ermənistanın Vatikandakı keçmiş səfiri, Sarkisyanın kürəkəni Mikayıl Minasyandır.

Serj Sarkisyan uzun müddət susqunluqdan sonra məhz bu kanala verdiyi müsahibə ilə gündəmə gəlib./Axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page