top of page

Sarkisyan Paşinyanı təhqir etdi: "Sən alnına satqın yazılan qorxaqsan"

  • Xuraman Həmidova
  • Dec 5, 2020
  • 1 min read


"Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”.

"DİQQƏT" Teleqram kanallarına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyana cavabında bildirib.

O, N.Paşinyanı Azərbaycan qarşısında məğlub olmaqda qınayaraq onu vətən xaini adlandırıb.

Qeyd edək ki, dekabrın 5-də Nikol Paşinyan müxalifətin ona qarşı irəli sürdüyü ittihamlara canlı yayımda cavab verib. O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Ermənistan hakimiyyətinin şifahi olaraq əraziləri qaytaracağı vədi verildikdən sonra dayandırılıb.

Comentários


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page