top of page

Salyanda “Opel” qaçıran qadınlar saxlanıldı

  • Xuraman Həmidova
  • Mar 8, 2021
  • 1 min read

Salyan rayonunda oğurluq hadisəsi baş verib. DIQQƏT.info xəbər verir ki, Salyan rayon polis şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S.Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar. Faktla bağlı Salyan Polis Şöbəsində araşdırma aparılır./yenisabah

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page