top of page

Rəsmi Yerevan 1 gündə minə yaxın hərbi qulluqçusunun ölümünü TƏSDİQLƏDİ

  • Xuraman Həmidova
  • Nov 14, 2020
  • 1 min read

Ermənistan Səhiyyə Nazirliyi Qarabağ döyüşlərində azı  2317 hərbi qulluqçusunun öldüyünü açıqlayıb. 

"DİQQƏT" Ermənistan KİV-nə istinadən xəbər verir ki, qurum cəsədlərin qaytarılması prosesində itkilərin daha da çox olacağını əlavə edib.

“Bu günə qədər məhkəmə-tibbi ekspertizasından 2317 hərbi qulluqçunun cəsədi keçirilib. Onlar arasında kimliyi müəyyənləşməyən hərbçilər də var. Cəsədlərin dəyişdirilməsi prosesi yeni başlayıb və ona görə də, münaqişə tərəflərinin ölən hərbçilərinin dəqiq sayı barədə məlumar verə bilməz”. 

 Xatırladaq ki, bu günə qədər Ermənistan cəmi 1 379 hərbi qulluqçusunun ölümünü təsdiqləmişdi.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page