top of page

Rüsvayçılıq - Qaziyə yardım məqsədilə açılan bank hesabından pul oğurlandı

  • Xuraman Həmidova
  • Jan 21, 2021
  • 1 min read

Sumqayıt şəhər sakininin bank hesabınından pul oğurlanıb.

DİQQƏT.info Reporta istinadən xəbər verir ki, məlumata görə, Vətən uğrunda gedən döyüşlər zamanı yaralanan Qəhrəman Ağacanovun adına yardım üçün bank hesabı açılıb.

Daha sonra həmin bank hesabından yığılan vəsait oğurluq yolu ilə ələ keçirilib.

Q.Ağacanov bu barədə Daxili İşlər Nazirliyinə müraciət edib.

Bildirilib ki, müraciətə dərhal reaksiya verilərək müvafiq araşdırma aparılıb və görülən təxirəsalınmaz tədbirlərlə oğurlanan həmin məbləğ Q.Ağacanova geri qaytarılıb.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page