top of page
Xuraman Həmidova

Rüstəm Muradov Ermənistan xüsusi xidmətinin rəhbərini Bakıya gəlməsini təşkil edir - ŞOK


Ermənistan hökuməti Qarabağdakı Rusiya sülhməramlı dəstəsinin komandiri general-leytenant Rüstəm Muradovdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfərini təşkil etmək üçün təyyarə istəyib.

DİQQƏT.info xəbər verir ki, bu barədə Ermənistanın "Mediaport" teleqram-kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Erməni tərəfi qeyd edir ki, təhlükəsizlik problemlərinin olduğundan Muradovdan 9, 10 və ya 11 yanvar tarixləri üçün Abazyana təyyarə verməsini xahiş ediblər.

"Rusiya tərəfi bu xahişi rədd etməsə də, səfərlə əlaqədar konkret bir tarixin niyə təyin olunmaması barədə izah tələb edib. Buna cavab olaraq, Ermənistan hökuməti rəsmi Bakının səfərin tarixini hələ dəqiqləşdirmədiyini bildirib", - "news.am" yazır.

Qeyd edək ki, ilk dəfə Abazyanın Bakıya gizli gələcəyi xəbərini keçmiş səfir Mikael Minasyan yaymışdı./Yenisabah



51 views0 comments

Recent Posts

See All

Comments


bottom of page