top of page
Xuraman Həmidova

Rövşən Əkbərovun həbsinin ŞOK SƏBƏBİ: İş adamını QƏTLƏ YETİRİB - FOTO


Xəbər verdiyimiz kimi, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

DİQQƏT.info xəbər verir ki, Konkret.az generalın həbsinin səbəblərini əldə edib. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur.

DİQQƏT.info xəbər verir ki, hələ 2003-cü ildə Səmayə Şükür qızı Əliyeva və Fəday Dəmirxan oğlu Əliyev Avropa İnsan Haqları Məhkəməsinə ərizə ilə 43 yaşlı oğlanlarının qətlinin araşdırılması ilə bağlı müraciət etmişdi. Ərizədə Ukraynada iş adamı olan Elçin Əliyevin qətl hadisəsinin 1 İyun 2001-ci ildə Ukraynanın Kiyev şəhərində baş verdiyi bildirilmişdir. Ukrayna hüquq mühafizə orqanları 2 Azərbaycan vətəndaşını şübhəli kimi müəyyən etmiş, iş araşdırılmaq üçün Azərbaycan hüquq mühafizə orqanlarına ötürülmüşdü. Maraqlısı budur ki, qalmaqallı qətl hadisəsində adı keçənlərdən biri General Leytenant Rövşən Əkbərovdur.


Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.


Fotoda qətlə yetirilən iş adamı Elçin Əliyev



36 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page