Mən birinci gündən deyirdim ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi bizim başımıza bəla olacaq, problemlərimizi artıracaq.
DİQQƏT.info xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Rusiya ilə ciddi danışmalıyıq:
“Düzdür, biz məcbur qalıb sülhməramlıların burada yerləşməsinə razılaşdıq. Amma düşünmürdük ki, daxili işlərimizə bu qədər qarışarlar, xəritələr tərtib edərlər. Bu, onların statusuna aid olmayan bir məsələdir. Hiss olunur ki, onlar Moskvadan alınmış təlimatlar əsasında bu cür fəaliyyət göstərirlər."
Comments