top of page

Rusiyaya qayıdan Navalnı Moskva aeroportunda saxlanıldı

  • Xuraman Həmidova
  • Jan 17, 2021
  • 1 min read

Rusiyalı müxalif bloger Aleksey Navalnı Rusiyaya qayıdıb.

DIQQƏT.info xəbər verir ki, o, Moskvanın Şeremetyevo hava limanında hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

Navalnı 29 dekabr 2020-ci ildə dələduzluğa görə açılan cinayət işi çərçivəsində saxlanılıb.

Qeyd edək ki, Bavalnının təyyarəsi Vnukova hava limanına eniş etməli olsa da, sonradan Şeremetyevoya yönəldilib. Aeroportun yolunu isə polis bağlayıb. Belə ki, minlərlə şəxs Navalnını qarşılamaq istədiyini sosial şəbəkə hesabında elan edib.

A.Navalnını təyyarədə xeyli xarici jurnalist də müşayiət edir.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page