top of page
Xuraman Həmidova

Rusiyadakı Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov vəfat edib - FOTO


Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) sabiq prezidenti, akademik, Tibb elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü Fazil Qurbanov vəfat edib.

DİQQƏT.info xəbər verir ki, bu barədə Kanal32.az-a Moskvada yaşayan professor Kamran Rüstəmov məlumat verib

Qeyd edək ki,son illər ərzində Moskva şəhərində Azərbaycan diasporuna rəhbərlik etmiş akademik Fazil Qurbanov Prezident İlham Əliyevin qızı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurabanovun əmisidir.

Mərhum akademik Azərbaycan Dövlət Tibb Universiteti, Cərrahiyyə fakültəsi, Cərrahiyyəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub. O, Rusiya Xalqlar Dostluğu Universitetinin cərrahiyə kafedrasında dərs deyirdi.

Məlumat üçün bildirək ki,Qurbanov Fazil Səməd oğlu 1944-cü il fevralın 18-də Bakıda qulluqçu ailəsində anadan olub. 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M.A.Topçubaşov) olub. F.Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturaya daxil olub. 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.



9 views0 comments

Recent Posts

See All

Kommentarer


bottom of page