top of page

Rusiyada növbəti GƏRGİNLİK: Bu ölkənin səfirlik əməkdaşlarına 72 saat vaxt verildi

  • Xuraman Həmidova
  • Apr 20, 2021
  • 1 min read

Bolqarıstanın Rusiyadakı səfiri Atanas Kristin Xarici işlər Nazirliyinə çağırılıb.

DİQQƏT.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Səfirə nazirliyin notası təqdim edilib. Qərara əsasən, Bolqarıstanın Rusiyadakı səfirliyinin konsulluq xidmətinin birinci katibi Nikolay Panayotov və bu qurumun digər əməkdaşı Çavdar Xristozov “arzuolunmaz şəxs” elan olunub.

Diplomatlara Rusiyadan çıxmaları üçün 72 saat vaxt verilib.

Bunun Bolqarıstan tərəfinin bu ilin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan etmək barədə qəbul etdiyi qərara cavab olduğu bildirilib./axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page