top of page

Rusiyada kamikadze "Allahu-Əkbər" deyib partlayış törətdi, ölən və yaralananlar var - KİV

  • Xuraman Həmidova
  • Dec 11, 2020
  • 1 min read

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Qaraçay-Çərkəz Respublikası üzrə regional idarəsində partlayış baş verib.

DİQQƏT.info apa-ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Məlumatda bildirilib ki, kamikadze tərəfindən törədilən terror aktı nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb: “İlkin məlumata görə, radikal və ekstremist yönümlü bir nəfər FTX-nın binasına girib “Allahu Əkbər” qışqıraraq özünü partladıb”.

Agentliyin digər mənbəsinin açıqladığı məlumata görə isə iki dəfə partlayış olub. Səhər saat 07-də FTX-nın binasında kiçik həcmli bomba partlayıb. Bir neçə saat sonra isə FTX əməkdaşları hadisə yerində iş apararkən onlara avtomobil yaxınlaşıb. Avtomobildən kamikadze düşərək özünü partladıb.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page