top of page

Rusiya ətrafında nələr baş verir: “Bu təxribatdır” – Ordu generalı xəbərdarlıq etdi

  • Xuraman Həmidova
  • Dec 24, 2020
  • 1 min read

Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov federasiya sərhədləri yaxınlığında hərbi təlimlərinin sayını artıran NATO-nu təxribatçılıqda ittiham edib.

DİQQƏT.info xəbər verir ki, Gerasimov bu təlimlərin Rusiya əleyhinə yönəldiyini deyib.

“İttifaq qoşunlarının təlim fəaliyyətləri aşkar formada anti-Rusiya yönümlü şəkildə həyata keçirilir, bu bloka daxil olmayan ölkələr getdikcə daha çox təlimlərə cəlb olunur. Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətlərdə artım var”, - general xarici attaşelər üçün brifinqdə bildirib.

Onun sözlərinə görə, NATO ölkələrinin hərbi büdcələrində də ciddi bir artım var, raket əleyhinə müdafiə daxil olmaqla, hərbi potensialları artmağa davam edir:

“Bu, qüvvələr nisbətinə əhəmiyyətli dərəcədə təsir göstərir və tərəflərdən birinə strateji silahların istifadəsində üstünlük verir. Uzaqmənzilli, yüksək dəqiqliyə və nüvə olmayan silahların rolu artır”.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page