top of page

Rusiya son sutkada Ermənistana 20 təyyarə göndərdi

  • Xuraman Həmidova
  • Nov 16, 2020
  • 1 min read

ree

Rusiya Silahlı Qüvvələrinin 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonunu işğaldan azad olunmuş bölgələrə daşımaq üçün son sutkada Ermənistana 20 təyyarə uçub.

"DİQQƏT" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Rusiya Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyasının 18 İl-76 və 2 An-124 “Ruslan” təyyarəsi zirehli maşınları və sülhməramlı briqada bölmələrinin heyətini İrəvana çatdırıb.

Rus hərbçiləri silah, zəruri əşyalar və hərbi texnikalarını təyyarələrdən boşaldıblar.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page