Rusiya-Gürcüstan sərhədində qarşıdurma baş verib - BİR NƏFƏR ÖLÜB
- Xuraman Həmidova
- Mar 25, 2021
- 1 min read

Rusiya-Gürcüstan sərhədində TIR sürücüləri arasında ölümlə nəticələnən kütləvi dava baş verib.
DİQQƏT.info xəbər verir ki, qalmaqal neytral ərazidə baş verib. Qarşıdurmada bir nəfər ölüb.
Hadisə yerinə gürcü müstəntiqlər gəlib.
Qeyd edək ki, Yuxarı Lars sərhəd-buraxılış məntəqəsində qar uçqunu səbəbindən yol bağlanıb. Bu da yüzlərlə yük maşınının yığılıb qalmasına səbəb olub./axar.az
Comments