top of page

Rusiya daha bir səfiri ölkədən qovur - Qalmaqal

  • Xuraman Həmidova
  • Feb 8, 2021
  • 1 min read

Rusiya Albaniyanın Moskvadakı səfirinin birinci katibi Yonidu Droqunu "persona- non-qrata" elan edib.

DİQQƏT.info xəbər verir ki, səfir Arben Qazioniyə göndərlmiş notaya əsasən Droqu Rusiyanı 72 saat ərzində tərk etməlidir.

Rusiya XİN-in məlumatına görə, belə bir addım Rusiyanın Tiranadakı səfirinin birinci katibinin "tamamilə uydurma bəhanə ilə" ölkədən çıxarılmasına cavab olaraq atılıb.

"Albaniya tərəfinin hərəkətlərini ölkədə seçkiqabağı kampaniya şəraitində Qərbdəki anti-Rusiya qüvvələrindən xal qazanmaq və dəstək almaq məqsədilə təxribat kimi qiymətləndiririk. Qarşılıqlı əlaqələrdə bu cür uyğunsuzluq təəssüf doğurur", - deyə Rusiya XİN-in məlumatında qeyd edilir.

Xatırladaq ki, ötən ay rusiyalı diplomat Aleksey Krivoşeyev ölkədə karantin rejimi qaydalarını pozduğu əsas gətirilərək "persona-non-qrata" elan edilmişdi və ölkəni tərk etməsi üçün ona 72 saat vaxt verilmişdi./Axar.az


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page