top of page

Rusiya 3 ölkənin diplomatlarını ölkədən deport edir

Xuraman Həmidova

Rusiyada keçirilən icazəsiz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatları arzuolunmaz şəxs elan edilib və tezliklə ölkədən çıxarılacaqlar.

DİQQƏT.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı İsveç, Polşa və Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliklərinin rəhbərləri XİN-ə çağırılıb.


Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiyanın Almaniyadakı səfirliyindən məlumat verilib.

“Dövlət katibi Migel Berger rusiyalı səfiri Xarici İşlər Nazirliyinə təcili müzakirə üçün çağırıb və ona Almaniyanın mövqeyini çatdırıb”, - məlumatda bildirilib.


Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə danışan rus səfir bildirib ki, Polşa XİN səfirin Rusiya hökuməti tərəfindən arzuolunmaz şəxs elan olunmasına etiraz edib və fikir ayrılığının olduğunu deyib.

23 views0 comments

Recent Posts

See All

留言


bottom of page