top of page

Rus sülhməramlı zabitin ölümündə Vladimir Solovyovun da əli olub - ƏTRAFLI

Xuraman Həmidova

Ermənistanda ölən hərbçilər Rusiyaya siyasi dividend qazandırdı. Ona görə də onların ölümü az qala Rusiyada ümumxalq matəmi kimi qeyd edildi. Onların ölümündən cəmi bir neçə saat sonra tərəflər danışıqlar masasına əyləşdi. Deməli, helikopterin vurulması bəlkə də təsadü deyildi, Rusiyanın gizli planının bir parçası idi. Ona görə də bu məsələnin ətrafında Rusiya hökuməti əməlli-başlı siyasi qalmaqal təşkil etdi. Hələ elektron və yazılı rus mətbuatını demirəm. Həmin günlər solovyovlar, skabeyevalar, şeyninlər anqıra-anqıra anti-azərbaycan təbliğatı aparırdılar. Rusiyanı Azərbaycana hərbi müdaxiləyə təhrik edirdilər. Amma cavan bir zabitin minaya düşərək ölməsini erməni bulağından su içən solovyovlar, skabeyevalar və şeyninlər görməzliklərdən gəlirlər. Baxmayaraq o zabitin ölümündə Solovyov da, Skabeyeva da, Şeynin də mənəvi məsuliyyət daşıyır. Çünki o minanı Qarabağ torpaqlarına jurnalilistikaya ləkə olan bu varlıqların müdafiə etdiyi ermənilər basdırıblar. Ona görə də rus zabitinin ölümündə ermənilərlə yanaşı Solovyov da, Skabeyeva da, Şeynin də eyni dərəcə də günahkardır. Yəni adını çəkdiklərimiz və çəkmədiklərimiz bütün ermənipərəst jurnalistlər sülhməramlı zabitin ölümünü təşkil edən erməni cəlladları ilə “souçastnik”dirlər.

Qəribə burasıdır ki, Rusiya sülhməramlıların komandanlığı da, Rusiya Müdafiə Nazirliyi də bu məsələnin üstündən sükutla keçdilər. Azərbaycanın müdafiə naziri Zakir Həsənov faciə ilə bağlı Rusiya müdafiə naziri Sergey Şoyquya başsağlığı verdi. Amma Ermənistan Müdafiə Nazirliyi və Arayik Arutyunyan susdu. Baxmayaraq ki, noyabrın 9-da Azərbaycan tərəfindən təsadüfən vurulan helikopterə görə Ermənistan o yana qalsın, bütün Rusiya ayağa qalxdı. Putin həlak olmuş ekipaj üzvülərinə Rusiyanın milli qəhrəmanı səviyyəsində ehtiram göstərdi. Rusiya hökuməti həlak olanları hər tərəfli dövlət qayğısı ilə əhatə etdi. Amma Qarabağda nəcib bir missiyanı yerinə yetirən rus zabitinin ölümünə, nəinki Putin, heç nazirlik səviyyəsində reaksiya verən olmadı. Nə fərqi vardı ki, helikopterdəkilər də, Qarabağda minaya düşən də rus hərbçiləri idi. Bəs onda niyə hərbçilərə bu qədər fərq qoyulur? Deməli, torbada pişik var.
Konkret.az
15 views0 comments

Recent Posts

See All

Kommentare


bottom of page