8 Mart Beynəlxalq Qadınlar Günü bir neçə ölkələrdə olduğu kimi bizim ölkəmizdə də qeyd edilir. Bizə həyat bəxş edən, həyatımızın yarısı, hətta daha çox dəyərlərimizi ifadə edən analarımıza, bacılarımıza, qadınlarımıza yalnız bu gün deyil, hər gün dəyərli, sevimli, əziz olduqlarını hiss etdirməliyik.
Peyğəmbərimizin (Cənnət anaların ayaqları altındadır) kəlamlarının müəllifi olan qadınlarımızdır, insanlığın davamı üçün əvəzolunmaz varlıq qadınlarımızdır, ən böyük dərdlərin, ən böyük xoşbəxtliklərin arxasındakı qəhrəman qadınlarımızdır.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ və Vətən müharibəsində iştirak edən, xidmət göstərən, əziyyəti olan bütün vətənpərvər xanımları təbrik edirik.
Hər iki müharibədə övladları Şəhid olmuş analara səbr diləyirik. Qələbə sevincini bizə yaşadan, torpaq həsrətinə son qoyan, bu müqəddəs yolda canından keçən hər bir Şəhid və Qazi anası bizim anamızdır.. Hər biri bizim üçün əzizdir, müqəddəsdir, əllərindən öpüb, qarşılarında baş əyirik.
Bütün Şəhid və Qazi xanımlarına, bacılarına, övladlarına göstərdikləri dözümlülüyə, mərdliyə görə təşəkkür edirik, səbr diləriyik.
Beynəlxalq Qadınlar Günü münasibətilə həyatımızda önəmli rolu olan bütün Azərbaycan qadınlarını döyüşçülər adından təbrik edirik, onlara can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayırıq. Siz bizim üçün həmişə dəyərlisiniz, əziz xanımlar!
RESPUBLİKA QARABAĞ ƏLİLLƏRİNƏ QAYĞI İB-NİN SƏDRİ
FİRİDUN MƏMMƏDOV
Comments