Qəbələdə yarımçıq tikilidə qadın meyiti tapılıb
- Xuraman Həmidova
 - Feb 10, 2021
 - 1 min read
 

Qəbələ şəhəri ərazisində tikintisi başa çatmamış restoranın həyətindəki köşkdə 50 yaşlı Bənövşə Kamulovanın meyiti tapılıb.
DIQQƏT.info-nun xəbərinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Qadının restoranın həyətindəki köşkdə yaşadığı bildirilir.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırmalar aparılır.









Comments