top of page

Qəbələdə sürücünün ürəyi dayandı: Ağır qəza baş verdi - FOTO

  • Xuraman Həmidova
  • Mar 25, 2021
  • 1 min read

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİQQƏT.info xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.Belə ki, Bakı istiqamətində hərəkətdə olan 99 BL 382 dövlət nişanlı “Opel“” markalı avtomobilin sürücüsü maşını idarə edərkən ürəyi dayanıb və avtomobil yolun kənarında olan VAZ-2106 markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəzanın səbəbkarı olan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./unikal.orq



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page