Qəbələdə məktəblini maşın vurdu
- Xuraman Həmidova
- Apr 8, 2021
- 1 min read

Qəbələ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİQQƏT.info xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən məktəblini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şagird Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Comments