Qəbələdə FACİƏ: Usta elektrik vurması nəticəsində dünyasını dəyişdi
- Xuraman Həmidova
- Apr 19, 2021
- 1 min read

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
DİQQƏT.info bildirir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.
Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
コメント