top of page

Qəbələdə avtomobil çaya aşdı - Sürücü ağır yaralandı

  • Xuraman Həmidova
  • Apr 4, 2021
  • 1 min read

ree

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

DİQQƏT.info xəbər verir ki, hadisə günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Sürücü Elnur İsgəndərovun sükanı arxasında olduğu "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yol kənarındakı beton maneəyə çırpılıb, sonra isə Dəmiraparan çayına düşüb. E. İsgəndərov qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb. O, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report


ree

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page