top of page
Xuraman Həmidova

Qəbələdə intihara cəhd - 23 yaşlı qız özünü binadan atmaq istədi


Qəbələ rayonunda intihara cəhd hadisəsi baş verib.

DİQQƏT.info bildirir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində, hündürmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 23 yaşlı Arzu Qafarova doqquz mərtəbəli yaşayış binasının damına çıxaraq özünü binadan atmaq istəyib. Lakin bu zaman binada təmir işləri aparan ustalar son anda onun intihar cəhdinin qarşısını alıblar. Gənc qızın hansı səbəbdən intihara cəhd etməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.




21 views0 comments

Recent Posts

See All

Comments


bottom of page