Qəbələdə 18 yaşlı tələbə özünü asdı
- Xuraman Həmidova
- Feb 27, 2021
- 1 min read

Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.
DİQQƏT.info xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zərgərli kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb. Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Comments