top of page
Xuraman Həmidova

Qəbələ RLS-in enerji təchizatı sistemi yenilənir


“Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC RLS-in ərazisində elektrik enerji təchizatı sisteminin təmiri, bərpası, qəzaların aradan qaldırılması, profilaktik tədbirlərin görülməsi, fasiləsiz enerji təchizatının təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

DİQQƏT.info Report-a istinadən xəbər verir ki, tenderin qalibi AzərTranss MMC-dir.

Qalib şirkətə 249,3 min manat ödəniləcək.

Məsələ ilə bağlı ƏMDX-dan bildirilib ki, tender cari təmir işlərinin aparılması ilə əlaqədar keçirilib. Stansiyanın yenidən idarəetməyə verilməsi nəzərdə tutulmur.

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin - ƏMDX) balansında olub. Stansiyanın idarə edilməsi ilə məşğul olan “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” də Dövlət Xidmətinə məxsusdur və bu il şirkətə dövlət büdcəsindən 1,2 milyon manat vəsait ayrılıb.

19 views0 comments

Recent Posts

See All

Comments


bottom of page