top of page

“Qəbələ”dən şəhidlərin xatirəsinə anlamlı jest - FOTO

  • Xuraman Həmidova
  • Feb 6, 2021
  • 1 min read

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından əvvəl meydan sahibləri anlamlı təşəbbüsü ilə diqqət çəkib.

DİQQƏT.info xəbər verir ki, “Qəbələ”nin futbolçuları meydana üzərində Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun və Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəbələli döyüşçülərin fotosu olan formalarla çıxıblar.

Bundan başqa, klub rəhbərliyi Vətən Müharibəsində iştirak etmiş komandanın azarkeşləri və klubun əməkdaşı olan qazilərə xatirə hədiyyələri təqdim edib.

Onların arasında Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy də olub./report





Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page